إعدادات العرض
İnsanların ilkin peyğəmbəlik kəlamından bildikləri sözlərdən biri: Utanmırsansa, istədiyini et" - sözüdür
İnsanların ilkin peyğəmbəlik kəlamından bildikləri sözlərdən biri: Utanmırsansa, istədiyini et" - sözüdür
Əbu Məs'ud 'Uqbə bin 'Amr əl-Ənsari əl-Bədri (Allah ondan razı olsun) rəvayət edir ki, Rəsulullah (sallallahu aleyhi va səlləm) belə demişdir: "İnsanların ilkin peyğəmbəlik kəlamından bildikləri sözlərdən biri: Utanmırsansa, istədiyini et" - sözüdür.
الترجمة
العربية Español አማርኛ English اردو Indonesia বাংলা Français Türkçe Русский Bosanski සිංහල हिन्दी 中文 فارسی Tiếng Việt Tagalog Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் ไทย Deutsch 日本語 پښتو অসমীয়া Shqip Svenska Nederlands ગુજરાતી Кыргызча नेपाली Lietuvių دری Српски тоҷикӣ Kinyarwanda Română Magyar Čeština Moore Malagasy Oromoo ಕನ್ನಡ Wolof O‘zbek Українська ქართული Македонски ភាសាខ្មែរ ਪੰਜਾਬੀ मराठी Kirundi Kurmancî Bahasa Melayu Yao မြန်မာ Akan Lingalaالشرح
Peyğəmbər (sallallahu aleyhi və səlləm) əvvəlki peyğəmbərlərin vəsiyyətlərindən olan, insanların öz aralarında nəsildən-nəsilə nəql etdikləri və hətta bu ümmətin əvvəlinə qədər gəlib çatan sözlərdən biri də: "Etmək istədiyin şeyə bax, əgər o, utanılan bir şey deyilsə, onu et. Əgər o, utanılan şeydirsə, onu tərk et" - sözü olduğunu xəbər vermişdir. Çünki insana pis şeyləri etməyə mane olan həyadır. Kimin həyası olmazsa, hər bir pis və münkər əməli işləyər.فوائد الحديث
Həya, gözəl əxlaqın əsasıdır.
Həya, Peyğəmbərlərin (əleyhimu-ssələm) xüsusiyyətlərindəndir və onlardan bizə gəlib çatan şeylərdəndir.
Həya, müsəlmanı şərəfli və gözəl işlər görməyə, pis və çirkin işlərdən əl çəkməyə vadar edir.
ən-Nəvəvi demişdir: "Hədisdəki əmr, bunun caiz olduğunu bildirir. Yəni: Bir işi görmək istədikdə, əgər o iş, Allahdan və ya insanlardan utanmayacağın bir işdirsə, onu et, əks halda etmə. İslamın əsası da bunun üzərindədır. Bunun əsas səbəbi odur ki, əmr edilən vacib və ya müstəhəb olanı tərk etməkdən, qadağan edilən haram və məkruh olanı isə etməkdən - utanmaq lazımdır. Amma mübah olan bir şeyə gəldikdə isə onu etməkdən və ya etməməkdən utanmaq caizdir. Hədisdə beş hökm vardır. Bəziləri bunun: hədə-qorxu şəklində bir əmr olduğunu deyib. Bunun mənası belədir: Əgər həya səndən uzaqlaşdırılarsa, o zaman nə istəyirsən et. Allah sənə bunun əvəzini verəcəkdir. Bəziləri isə bunun: xəbər mənasında bir əmr olduğunu deyib. Yəni: Utanmayan kimsə istədiyini edər.
التصنيفات
Gözəl əxlaq