Allahın qadağan etdiyi bu çirkin işdən çəkinin. Kim (bu günaha) düşərsə, qoy Allahın örtüyü ilə örtünsün və Allaha tövbə etsin. Çünki kim günahını bizə göstərərsə, biz ona İzzət və Cəlal sahibi olan Allahın kitabındakı cəzanı tətbiq edərik

Allahın qadağan etdiyi bu çirkin işdən çəkinin. Kim (bu günaha) düşərsə, qoy Allahın örtüyü ilə örtünsün və Allaha tövbə etsin. Çünki kim günahını bizə göstərərsə, biz ona İzzət və Cəlal sahibi olan Allahın kitabındakı cəzanı tətbiq edərik

Abdullah bin Ömər (Allah hər ikisindən razı olsun) rəvayət edir ki, Allahın Rəsulu (sallallahu aleyhi va səlləm) "Əsləmi" qəbiləsindən olan bir kişini rəcm (daşqalaq) etdikdən sonra ayağa qalxıb belə dedi: "Allahın qadağan etdiyi bu çirkin işdən çəkinin. Kim (bu günaha) düşərsə, qoy Allahın örtüyü ilə örtünsün və Allaha tövbə etsin. Çünki kim günahını bizə göstərərsə, biz ona İzzət və Cəlal sahibi olan Allahın kitabındakı cəzanı tətbiq edərik".

[Səhih]

الشرح

İbn Ömər (Allah hər ikisindən razı olsun) xəbər verir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) Maiz bin Malik əl-Əsləmini (Allah ondan razı olsun) zina cəzası olaraq rəcm etdikdən sonra qalxıb insanlara xitab edərək belə dedi: "Uca Allahın qadağan etdiyi bu murdar, çirkin və iyrənc hesab olunan günahlardan çəkinin. Kim bunlardan birinə düşərsə, ona iki şey vacibdir: Birincisi: Allah onun günahını gizlətdiyi kimi, o da öz günahını gizlətməli və günahını heç kimə bildirməməlidir. İkincisi: Allaha tövbə etməyə tələsməli və günahında israr etməməlidir. Kimin günahı bizə aşkar olarsa, bu zaman biz ona, Allahın kitabında o günah üçün göstərilən həddi tətbiq edərik.

فوائد الحديث

Günahkar qulu, öz günahını gizlətməyə və Allah ilə özü arasında olan günahından tövbə etməyə təşviq etmək.

Əgər hüdudlar əmr sahibinə (rəhbərə) çatarsa, bu zaman günaha görə təyin edilmiş şəri hədd cəzasının tətbiq edilməsi vacibdir.

Günahlardan çəkinmənin və onlardan tövbə etməyin vacibliyi.

التصنيفات

Tövbə